Azərbaycanda bu il benzinin istehsalı 48%-dək artıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1759,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, neft məhsullarının istehsalında neft koksunun istehsalı 73,3%, sürtkü yağlarının istehsalı 52,6%, avtomobil benzininin istehsalı 47,6%, qazoylların (dizel yanacağının) istehsalı 36,4 % artıb.
Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 38,7%, mazut istehsalı isə 94,6% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:
Məhsul növləri |
2023-cü ilin yanvar-may aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.06.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton |
570,8 |
147,6 |
7,9 |
Ağ neft, min ton |
221,9 |
111,5 |
22,7 |
Qazoyllar (dizel yanacağı), min ton |
923,4 |
136,4 |
82,8 |
Mazut, min ton |
3,3 |
5,4 |
1,6 |
Sürtkü yağları, min ton |
26,1 |
152,6 |
6,6 |
Maye qazlar, min ton |
104,0 |
136,3 |
4,6 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
438,2 |
86,1 |
34,6 |
ondan: |
|||
neft bitumu, min ton |
79,3 |
61,3 |
4,2 |
neft koksu, min ton |
105,7 |
173,3 |
30,1 |
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #benzinin #istehsalı #48dək #artıb