Azərbaycanda bu şəxslər 100 manat cərimə olunacaqlar
BEY.AZ informasiya agentliyi xəbər verir
Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində edilmiş dəyişikliklərə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə nəqliyyat vasitələrinin sürücüləri yüz manat məbləğində cərimə ediləcək.
Metbuat.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” ASC-dən verilən məlumata əsasən, dəyişiklikdən əvvəl dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına görə səksən manat məbləğində cərimə nəzərdə tutulurdusa, hazırki dəyişikliklərdən sonra bu tip yol hərəkəti qaydalarının pozulmasına görə cərimə məbləği yüz manat müəyyən edilib.
Eyni zamanda, dəyişikliklərə əsasən nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi də inzibati xəta kimi təsbit edilmiş və bu tip yol hərəkəti qaydalarının pozulmasına görə cərimə məbləği yüz manat müəyyən edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
- Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #şəxslər #manat #cərimə #olunacaqlar