fbpx

Azərbaycanda bu sahələrdə qapanmalar ola bilər: Fevralın 15-dən

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Dünya ölkələri Omikron ştamı ilə bağlı sərt tədbirlər görməsə də müəyyən məhdudiyyətlər qoyuldu. Hesab edirəm ki, ölkədə ciddi qapanmalar olmasa da, fevralın 15-dən epidemioloji vəziyyətə uyğun olaraq addımlar atıla bilər”.

Metbuat.az xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlaması zamanı tibb elmləri doktoru, professor Adil Qeybulla danışıb.

Ekspert əlavə edib ki, Omikron ştamına əhalinin böyük hissəsinə yoluxur: “Bu gün biz dalğanın içində yaşayırıq. Omikron ştamı çox yolxucudur. Yoluxmadan bir neçə saat sonra klinik əlamətləri özünü göstərir. Əvvəlki ştamlar isə bir neçə gün ərzində özünü göstərirdi.

Rüya tabirlerini burdan oku

Bu ştamın sürətlə yayılması artıq göz qabağındadır. Yoluxanların sayının rekord həddə çatmasını görürüksə, nə qədər qeydiyyata düşməyən xəstələr də var. Ona görə, real rəqəmlər əslində çoxdur.

İnsanlar karantin davranışlarına qapalı mühitdə ciddi əməl etməlidir. Epidemioloji vəziyyət pisləşərsə, müəyyən qapanmalar ola bilər. Kütləvi tədbirlərə, toylara və yaslara müəyyən məhdudiyyətlər qoyula bilər. Çünki insanlar bir neçə saat həmin məclislərdə iştirak edirlər. Lakin çox sərt tədbirlərin görülməsinə lüzum görmürəm”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu