fbpx

Azərbaycanda bu tarixdən hava kəskin dəyişəcək

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


Ötən illərlə müqayisədə bu ilin yanvar ayı daha çox qarlı günlərin sayı ilə fərqləndi. Hazırda qonşu Türkiyədə və Rusiyada çox intensiv qar prosesləri müşahidə olunur. Soyuq hava kütlələri cənub enliklərə hərəkət edərək burada hava şəraitinin kəskinləşməsinə səbəb olur. Azərbaycanda isə yanvarın 26-da hava şəraitinin nisbətən mülayim keçməsi gözlənilir.

Bunu Metbuat.aza açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki demək olar ki, əksər rayonlarda axşamadək hava şəraiti əsasən yağmursuz keçəcək, havanın temperaturu yanvar ayının iqlim normasına uyğun olacaq.

Rüya tabirlerini burdan oku

Türkiyədəki hava şəraitini Azərbaycanda gözləmək lazımdırmı?

U.Tağıyeva qeyd edib ki, bu cür intensivlikdə deyil, daha zəif formada artıq ayın 26-dan 27-nə keçən gecədən başlayaraq əvvəlcə Naxçıvan MR-da, yəni respublikanın qərb rayonlarından başlayaraq hava şəraiti yağıntılı olacaq, qar yağacaq: “Yanvarın 27-də gün ərzində və 28-nə keçən keçən gecə respublikanın ayrı-ayrı rayonlarında havanın yağıntılı keçməsi, sulu qar yağması gözlənilir. Əsasən dağlıq və dağ ətəyi rayonlarda qar yağacaq və qarın bir qədər intensiv olması proqnozlaşdırılır. Lakin Türkiyədə baş verən proseslərlə müqayisədə, bu, daha yumşaq formada Azərbaycanda özünü göstərəcək.

Bununla yanaşı, yağıntılarla yanaşı, ayın 27-də günü ikinci yarısında axşama doğru həm respublikanın rayonlarında, eyni zamanda paytaxtda şimal-qərb küləyinin gözlənməsi gözlənilir. Küləyin ani maksimal sürəti 15-20, arabir 23-25 saniyəyədək olacaq. Yanvarın 28-də artıq gündüz saatlarında külək mülayimləşəcək, yağıntıların kəsilməsi isə ayın 28-də axşama doğru gözlənilir. Sonrakı 2-3 gün ərzində hava şəraiti sabit, mülayim və əsasən yağmursuz keçəcək”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu