fbpx

Azərbaycanda COVID-19-un genetik variantlarının aşkarlanmasına nəzarət gücləndirilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda koronavirusunun genetik variantlarının aşkar edilməsi üçün nəzarət gücləndirilib.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, “Omikron” ştamının yoluxduruculuğu bir neçə dəfə yüksək olduğu üçün infeksiya dünya ölkələri arasında daha geniş yayılması müşahidə olunur. Bununla əlaqədar ölkədə koronavirusunun genetik variantlarının aşkar edilməsi üçün nəzarət gücləndirilib. Aparılan elmi tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Ötən ilin yanvarın 18-dən etibarən Azərbaycanda peyvəndləmə həyata keçirilir və bugünədək uğurla davam etdirilir. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində ölkədəki epidemioloji vəziyyətin sabit qalmasına nail olunub”.

Rüya tabirlerini burdan oku

O qeyd edib ki, COVID-19 infeksiyasına gündəlik yoluxmada artım yalnız Azərbaycanda deyil, bir çox Avropa və postsovet ölkələrində müşahidə edilir: “Azərbaycanda yoluxmaların sayının kəskin artmasına baxmayaraq, test nəticəsi müsbət çıxmış şəxslərin xəstəxanaya yerləşdirilməsi halları eyni dinamika ilə inkişaf etmir və gündəlik hospitalizasiya sayı stabil olaraq eyni qalır. Bunun da əsas səbəbi odur ki, peyvənd olunanlar virusa yoluxduqda xəstəliyi yüngül keçirirlər”.

A.Əliyeva eyni zamanda “Omikron”un ən çox qeydə alınan simptomlarını da açıqlayıb: “Omikron” ştamının simptomları çox vaxt kəskin respirator infeksiya simptomlarına bənzəyir. Yeni ştam əsasən yuxarı tənəffüs yollarına – burun və boğaza təsir edir, koronavirus infeksiyasının digər ştammlarına nisbətən ağciyərlərə daha az yayılır. “Omikron”un ən çox qeydə alınan simptomları – baş ağrısı, burun axması və boğaz ağrısıdır. Həmçinin, yeni ştama yoluxmuş şəxslər yorğunluq, qızdırma, bədən ağrıları və gecə tərləmələrindən şikayətlənirlər”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu