fbpx

Azərbaycanda dəhşətli qəza – ölən və yaralananlar var

BEY.AZ informasiya agentliyi xəbər verir


Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun 148 km-də, Cəlilabad rayonunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Astara istiqamətində olan “BMW” markalı minik avtomobili qarşı istiqamətdə hərəkət edən “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub. Daha sonra zərbənin təsirindən “VAZ 2107” markalı minik avtomobili əks istiqamətdən gələn “Atika” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində üç nəfər, Cəlilabad rayonunun Maşlıq kənd sakinləri – Adıgözəlov Tural İntiqam oğlu, Quliyev Mürsəl Alim oğlu və İsmayılzadə Qorxmaz Rahim oğlu hadisə yerində ölüb.

Həmçinin, həmin kənd sakinləri – 1997-ci il təvəllüdlü Vəlizadə Kamran İbadulla oğlu, 1958-ci il təvəllüdlü Şahbazov Hacıbala Balabəy oğlu, 1994-ci il təvəllüdlü Eyvazov Cahid Təbiət oğlu və Cəlilabad şəhər sakini, 1982-ci il təvəllüdlü İsmayılov Balasər Həsən oğlu isə xəstəxanaya yerləşdirilib.

Ölən şəxslərin “VAZ 2107” də olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin