Azərbaycanda dənizlə daşınan yüklərin 57%-i bu məhsulun payına düşüb
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 5 341,5 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 24,8% artıb.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, yüklərin 56,9%-i neft yükləri təşkil edib.
“Dəniz limanları tərəfindən 7 445,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 111,9 min tonunu və ya 82,1%-i tranzit yüklər təşkil edib. 2023-cü il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 285,7 min ton olub”, – məlumatda bildirilir.
Qeyd olunur ki, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 5,8% artaraq 12,7 min nəfər olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #dənizlə #daşınan #yüklərin #57i #məhsulun #payına #düşüb