fbpx

Azərbaycanda dərman istehsalı zavodu tikiləcək

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında Tərəfdaşlıq və Birgə İştirak Müqaviləsi imzalanıb.

Metbuat.az İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Pirallahı Sənaye Parkının ərazisində qabaqcıl texnologiyalara əsaslanan, illik istehsal gücü ilkin mərhələdə 35 mln. qutu təşkil edəcək yeni zavod tikiləcək.

Bununla əlaqədar təşkil edilmiş tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir infrastrukturun yaradılması mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə əczaçılıq sənayesinin inkişafı məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında bir sıra güzəştlər tətbiq olunur. Azərbaycan İnvestisiya Şirkəti və Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında Pirallahı Sənaye Parkında əczaçılıq məhsulları zavodunun tikilməsi layihəsi reallaşdıqdan sonra ölkədə bir sıra əczaçılıq məhsullarına tələbat yerli istehsal hesabına ödəniləcək, idxaldan asılılıq azaldılacaq. Zavodda 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumi 100 növ məhsulun istehsalı nəzərdə tutulub. Layihənin ilkin investisiya dəyəri 35 mln. dollar təşkil edir və layihə çərçivəsində 100-dən artıq daimi iş yeri yaradılacaq.

Rüya tabirlerini burdan oku

“Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkətinin Direktorlar Şurasının sədri Abidin Gülmüş təmsil etdiyi şirkətin ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edib, dərman istehsalı ilə bağlı həyata keçirilən birgə layihənin xalqlarımızın rifahına töhfə verəcəyinə əminliyini ifadə edib.

“Azərbaycan İnvestisiya Şirkəti”ASC-nin İcraçı direktoru Ülvi Mansurov dərman istehsalı zavodunun tikintisi layihəsi barədə məlumat verib, zavodun ölkəmizdə əczaçılıq məhsullarına olan tələbatın ödənilməsi ilə yanaşı, idxaldan asılılığın azaldılmasında əhəmiyyətli olacağını bildirib.

Sonra AİŞ və “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədə əsasən, İnvestisiya layihəsi çərçivəsində Türkiyənin GEN İlaç ve Sağlık Ürünleri A.Ş. ilə birgə Pirallahı Sənaye Parkının 7 ha ərazisində 11 500 m2 sahədən ibarət və illik istehsal gücü ilkin mərhələdə 35 milyon qutu nəzərdə tutulan dərman vasitələrinin istehsalı zavodu yaradılacaq. Perspektivdə dərman vasitələrinin “Made in Azerbaijan” brendi ilə region ölkələrinə də ixracı planlaşdırılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #dərman #istehsalı #zavodu #tikiləcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu