Azərbaycanda dərsə gecikən uşağa müəllim döşəmə sildirib?
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanda məktəbdə şagird dərsə gecikdiyi üçün ona cəza olaraq döşəmə sildirildiyi iddia edilir.
Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. İddia edilir ki, hadisə Mehdiabad qəsəbəsi, 4 saylı orta məktəbdə baş verib.
Belə ki, şagirdin bacısı bir neçə gün əvvəl qardaşının dərsə gecikdiyini və bu səbəbdən müəllimin ona cəza verdiyini qeyd edib:
“Cəza olaraq ona məktəbin dəhlizini sildirib, hələ bu azmış kimi hadisənin videosunu çəkib. Daha sonra da bildirib ki, bu hal təkrarlanarsa, növbəti dəfə ayaq yolunu sildirəcək”.
Şagirdin bacısı həmin müəllimlə əlaqə saxlayıb və hadisənin təfərrüatı barədə məlumat alıb. Müəllim isə bunun daxili prosedur qaydası olduğunu və direktor tərəfindən təyin edildiyini bildirib.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərmişik.
Əlavə məlumat veriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #dərsə #gecikən #uşağa #müəllim #döşəmə #sildirib