fbpx

Azərbaycanda dollar gələn il neçəyə olacaq?

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

2024-cü ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır.

Metbuat.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, növbəti ildə dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin 2 milyard manata yaxın olması nəzərdə tutulur. Bu isə 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 66,8 % çoxdur.

Maliyyə Nazirliyinin büdcə təqdimatında təqdim etdiyi proqnozlara görə Azərbaycanda iqtisadi inkişafın əsas drayveri qeyri-neft sektoru olacaq və neft-qaz sektorundakı azalma qarşıdakı illərdə də davam edəcək.

İqtisadçı Xalid Kərimli büdcə hazırlanarkən əsas diqqətə alınan amillərdən danışıb.

Maliyyə Nazirliyinin verdiyi məlumata əsasən, ümumi dövlət xidmətləri xərcləri 15% artırılaraq 4 milyard 814,9 milyon manat olacaq. Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri, təhsil, səhiyyə və mədəniyyət sahələri isə isə 4 % artırılacaq. Həmçinin müdafiə və təhlükəsizlik xərclərinin 6% artırılaraq 6 milyard 421 milyon manat olması nəzərdə tutulur*

Rüya tabirlerini burdan oku

Eyni zamanda proqnozlara əsasən mənzil-kommunal və sosial təminat xərclərinin də 5% artırılacağı gözlənilir. Azərbaycan neftinin büdcə qiyməti isə 2023-cü ildə olduğu kimi 60 dollar olacaq.

Daha ətraflı videoda:


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycanda #dollar #gələn #neçəyə #olacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu