Azərbaycanda elektrik enerjisinin istehsalı 2,9% artıb
BEY.AZ informasiya agentliyi xəbər verir
2022-ci ilin 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə elektrik enerjisinin istehsalı 2,9% artaraq 11 milyard 244,2 milyon kVt/saata çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında qeyd edib.
Nazir bildirib ki, bu dövrdə ixrac 538,4 milyon kVt/saat, idxal isə 60,5 milyon kVt/saat olub.
Yanvar-may aylarında su da daxil olmaqla ümumilikdə bərpa olunan mənbələrdən 118 milyon kVt/saat artımla 930,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.