fbpx

Azərbaycanda enerji effektivliyi aşağı binaların tikilməsi qadağan olundu

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycanda binaların enerji pasportuna dair tələblər müəyyənləşib.

Metbuat.az xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Binaların istilik mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Sənədə əsasən, yaşayış və ictimai binaların enerji pasportu binanın enerji, istilik texnikası və həndəsi xarakteristikalarının müvafiq normalarla təyin edilmiş göstəricilərə uyğunluğunu təsdiq edən sənəddir. Enerji pasportu yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və ictimai binaların layihələrinin işlənib hazırlanması, binaların istismara qəbulu, eləcə də tikilmiş binaların istismarı prosesində doldurulmalıdır. Bloklaşdırılmış binalarda ayrıca istifadə üçün nəzərdə tutulmuş mənzillərin enerji pasportları ümumi istilik təchizatı sistemli bloklaşdırılmış binalar üçün bütövlükdə binanın ümumi enerji pasportuna əsaslanaraq işlənilə bilər.

Daxili havanın temperaturu +12°C – dən aşağı olan istehsalat təyinatlı binalar üçün enerji pasportu tərtib olunmur, bu halda qoruyucu konstruksiyaların normativ tələblərə uyğunluğunun hesabatı aparılır. Daxilində və ya bitişik qeyri-yaşayış yerləşgələrinin faydalı sahəsi mənzillərin sahəsinin 20%-dən çox olan yaşayış binalarının layihəsinin enerji pasportu binanın yaşayış və qeyri-yaşayış sahələri üçün ayrılıqda tərtib edilir. Daxilində və ya bitişik qeyri-yaşayış yerləşgələrinin sahəsi bu göstəricidən az olan yaşayış binalarının layihəsinin vahid enerji pasportu hazırlanır.

Binanın layihəsinin enerji pasportu layihənin “Enerji effektivliyi” bölməsinin tərkibində layihəçi tərəfindən tərtib edilir. Binanın layihələndirmə tapşırığında enerji effektivliyi “C” – dən aşağı təyin olunmamalıdır.

Binanın enerji pasportu mənzil kirayəçiləri və mənzil sahiblərinə, eləcə də binanın mülkiyyətçilərinə göstərilən kommunal xidmətlərə görə hesablaşmalar üçün nəzərdə tutulmayıb.

Binanın enerji pasportu aşağıdakı kimi doldurulur:

– layihənin işlənib hazırlanması mərhələsində və konkret meydançanın şəraitinə uyğunlaşdırılması mərhələsində – layihəçi tərəfindən;

– tikinti obyektinin istismara verilməsi mərhələsində – binanın tikintisi zamanı ilkin layihədən yol verilmiş kənarlaşmaların təhlili əsasında layihəçi tərəfindən. Bu halda aşağıdakılar nəzərə alınır:

– texniki sənədlərin məlumatları (qəbul komissiyasına təqdim olunan icra cizgiləri, gizli işlərin aktları, pasportlar, arayışlar və sairə)

– layihədə edilmiş dəyişikliklər və tikinti dövründə layihədən razılaşdırılmış kənarlaşmalar;

– obyektin və mühəndis sistemlərinin istilik texnikası xarakteristikalarına riayət olunmasının texniki və müəllif nəzarəti tərəfindən cari və məqsədli yoxlamalarının nəticələri;

Zərurət olduqda (layihədən razılaşdırılmamış kənarlaşmalar, tələb olunan texniki sənədlərin olmaması, zədə və s) sifarişçi və tikintiyə dövlət nəzarəti müfəttişliyi qoruyucu konstruksiyaların sınaqlarının keçirilməsini tələb edə bilər;

– tikinti obyektinin istismarı mərhələsində seçmə üsulu ilə və binanın istismarından bir il sonra.

Binanın enerji pasportuna aşağıdakılar daxil olmalıdır:

– layihə haqqında ümumi məlumat;

– hesablama şərtləri;

– binanın funksional təyinatı və tipi haqqında məlumatlar;

– binanın həcm-planlaşdırma və tərtibat göstəriciləri;

– binanın enerji hesabatı göstəriciləri, o cümlədən enerji effektivliyi, istilik texnikası göstəriciləri;

– normativ göstəricilərə uyğunluğa dair məlumatlar;

– binanın enerji effektivliyinin yüksəldilməsinə dair tövsiyələr;

– bir illik istismar dövründən sonra binanın enerji effektivliyi və istilik mühafizəsi səviyyəsinin ölçülməsinin nəticələri;

– binanın enerji effektivliyi sinfi.

İstismar olunan binaların bu Normalara uyğunluğuna nəzarət tikinti materialların, konstruksiyaların və bütövlükdə obyektlərin sınaq metodlarına dair qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq enerji effektivliyinin əsas göstəricilərinin və istilik texnikası göstəricilərinin eksperimental müəyyən edilməsi yolu ilə həyata keçirilir. Bu halda tikintisinə icra sənədləri qorunub saxlanılmamış binalar üçün enerji pasportları texniki inventarlaşdırma, natura texniki müayinə və ölçmə materialları əsasında tərtib olunur. Binanın layihəsinin enerji pasportunun bu normaların tələblərinə uyğunluğu dövlət ekspertizası tərəfindən yoxlanılmalıdır.

Sənəddə yaşayış və ictimai binaların enerji effektivliyi siniflərinə dair tələblər müəyyənləşib:

Yaşayış və ictimai binaların enerji effektivliyi sinifləri

Sinfin

işarəsi

Enerji effektivliyi sinfinin adı

Binanın isidilməsi üçün istilik enerjinin xüsusi hesabi (faktiki) sərfinin, qhdes,normalaşdırılan göstəricinin qiymətindən, qhreg, kənarlaşması, ∆qh, %

Yeni tikilən və rekonstruksiya olunan binalar üçün

А

Çox yüksək

– 51-dən az

B

Yüksək

– 10-dan – 50-dək

С

Normal

+ 5-dən – 9-dək

Mövcud binalar üçün

D

Aşağı

+ 6-dan +75-dək

Е

Çox aşağı

+75-dən çox

Yaşayış və ictimai binaların enerji effektivliyi müəyyənləşdirilmiş təsnifata uyğun olaraq təyin edilməlidir. Layihələndirilmə mərhələsində D və E siniflərinin təyin olunmasına yol verilmir. A, B və S sinifləri yeni tikilən və rekonstruksiya olunan binalar üçün layihələndirilmə mərhələsində təyin olunur və onlar istismar nəticələrinə görə sonradan dəqiqləşdirilir. D və E sinifləri 2000-ci ilə qədər inşa olunmuş və istismarda olan binalar üçün təyin edilir. İstismarda olan binalar üçün siniflər isitmə dövründə enerji istehlakının ölçmələri əsasında təyin edilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin