Azərbaycanda fahişəliyə cəlb etməyə görə 56 fakt aşkarlanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Ötən il Azərbaycanda fahişəliyə cəlb etmə faktı ilə bağlı aşkarlanan cinayətlərin statistik məlumatları açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu statistik Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.
Məlumata görə, 2021-ci ildə ölkədə fahişəliyə cəlb etməyə görə 56 fakt, əxlaqsız yuvaları saxlamaya görə isə 19 fakt aşkarlanıb.
Bundan başqa, Azərbaycanda pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma faktı ilə bağlı aşkarlanan cinayətlərin statistik məlumatlarına görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.
2021-ci ildə ölkədə pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymaya görə 5 fakt aşkar edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.