fbpx

Azərbaycanda faktiki hava – 22 sm hündürlükdə qar yağdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, arabir intensivləşib, dağlıq və dağətəyi rayonlarda qar yağıb, qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənib.

Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, qar örtüyünün hündürlüyü Şahdağda 22, Lerik, Qrızda 15, İsmayıllı, Qusarda 12, Altıağac, Xaltanda 10, Yardımlıda 9, Gədəbəy, Şamaxı, Ordubadda 8, Qəbələdə 5, Daşkəsən, Göygöl, Qobustanda 4, Qubada 3, Naxçıvanda 2, Şahbuzda 1 sm olub:

“Yağan yağıntının miqdarı Lənkəranda 51 (aylıq normanın 92 faizi), Astarada 39 (aylıq normanın 62 faizi), Lerikdə 26 (aylıq normanın 36 faizi), İsmayıllı, Yardımlıda 16, Qəbələ, Oğuzda 15, Şahdağ, Balakən, Kürdəmirdə 14 (aylıq normanın 41 faizi), Zaqatalada 13, Ordubadda 12 (aylıq normanın 30 faizi), Sədərək, Şərur, Qobustanda 12, Şamaxı, Qrızda 11, Zərdabda 10 (aylıq normanın 32 faizi), İmişlidə 10 (aylıq normanın 34 faizi), Neftçalada 10 (aylıq normanın 30 faizi), Xaltanda 10, Göyçay, Biləsuvar, Sabirabad, Beyləqan, Qusarda 8, Ağsu, Gədəbəydə 7, Quba, Şahbuz, Mingəçevirdə 6, Gədəbəy, Yevlaxda 5, Göygöl, Ağdam, Naxçıvanda 4, Gəncə, Daşkəsəndə 3, Tərtər, Ağstafa, Şəmkir, Naftalanda 2, Ceyrançöl, Culfa, Tovuz, Qaxda 1 mm, Maştağada 28 (aylıq normanın 115 faizi), Bakıda 25 (aylıq normanın 108 faizi), Sumqayıtda 20 (aylıq normanın 88 faizi), Binədə 20 (aylıq normanın 87 faizi), Pirallahıda 19 mm-dək (aylıq normanın 98 faizi) təşkil edib”.

A.Verdiyevin sözlərinə görə, şimal-qərb küləyinin sürəti arabir Ordubadda 22, Şahbuzda 18, Naxçıvan, Şirvan, Biləsuvarda 16, Culfada 15, Bakıda və Abşeron yarımadasında isə 32 m/s-ə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5 metr təşkil edib.

“Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Naxçıvanda 4 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlıq rayonlarda 5-10 dərəcə şaxta, Aran rayonlarında 5 dərəcəyədək isti olub”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #faktiki #hava #hündürlükdə #qar #yağdı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin