fbpx

Azərbaycanda iki yeniyetmə qaçırdıqları avtomobillə qəza törətdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən gün gecə saatlarında Şamaxı şəhər sakininə məxsus “VAZ-2106” markalı avtomobilin yaşadığı evin qarşısından naməlum şəxslər tərəfindən qaçırılması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, onlar avtomobili qanunsuz olaraq ələ keçirdikdən sonra rayonun Əngəxəran kəndi istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədiblər.

Hadisə nəticəsində hər ikisi müxtəlif dərəcəli bədən xəsarətləri alsalar da, nəqliyyat vasitəsini tərk edərək oradan uzaqlaşıblar.

Daha sonra polis əməkdaşları tərəfindən həmin şəxslər tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #iki #yeniyetmə #qaçırdıqları #avtomobillə #qəza #törətdi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin