Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı portal hazırlanır
BMT-nin İnkişaf Proqramının dəstəyi ilə “İqlim Dəyişikliyinə Milli Uyğunlaşma Planına dəstək” layihəsi çərçivəsində iqlim dəyişikliyi ilə bağlı məlumatların çatdırılması üçün veb əsaslı platforma hazırlanır.
Metbuat.az BMT-nin İnkişaf Proqramına istinadla xəbər verir ki, layihə komandası “İqlim Portalı”nın ilkin nümunəsini təqdim etmək üçün ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova ilə görüşüb.
Görüş zamanı “İqlim Portalı”nın strukturu, əlçatanlıq və məlumat bazasının təfərrüatları təqdim edilib. Təqdimatdan sonra tərəflər interaktiv xəritənin təkmilləşdirilməsi, açıq dövlət siyasətinin həyata keçirilməsi, Kənd Təsərrüfatı Nazirliyinin mobil tətbiqi və onun məlumat bazası ilə inteqrasiya imkanlarını müzakirə ediblər.