Azərbaycanda işçilərə məzuniyyət məcburi olacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Məcburi məzuniyyətlə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi təklif edilib.
Metbuat.az report-a istinadən xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Sosial saat”da deyib.
Onun sözlərinə görə, hazırda məzuniyyətlə bağlı məcburilik yoxdur:
“Lakin bəzən bu haldan sui-istifadə halları olur. Məzuniyyətdən istifadə olunmalıdır ki, işin keyfiyyətinə mənfi təsir etmə halları olmasın. Məzuniyyət də tərəflərin qarşılıqlı razılığı əsasında ya həmin il, ya da növbəti təqvim ilinə keçirilməsi kimi həll oluna bilər”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.