Azərbaycanda karantin rejimi ləğv edilir?
BEY.AZ informasiya agentliyi xəbər verir
“Karantin rejiminin ləğv edilməsi Nazirlər Kabinetinin qərarından asılıdır”.
Metbuat.az bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
“Nazirlər Kabineti qərar qəbul etdikdə ölkəmizdə də karantin rejimi olmayacaq. Hazırda koronavirusa yoluxan xəstə sayı az olsa da, yoluxma halları davam edir”,- deyə V.Qurbanov bildirib.
Qeyd edək ki, TƏBİB tərəfindən Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumu keçirilir.
Xatırladaq ki, sonuncu dəfə Baş nazir Əli Əsədovun imzaladığı qərarla Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 iyul saat 06:00-dək uzadılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
- Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #karantin #rejimi #ləğv #edilir