fbpx

Azərbaycanda keçmiş bələdiyyə sədri zəhərlənərək VƏFAT ETDİ

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Qaxda ötən gün dərmandan zəhərlənən keçmiş bələdiyyə sədri Bakıda xəstəxanada ölüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Qax rayonunun Qum kənd sakini 44 yaşlı Fərid Həşimov bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

Fərid Həşimov ötən gün günorta saatlarında dərman zəhərlənməsi diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan martın 29-dan 30-na keçən gecə Bakı şəhərindəki xəstəxanalardan birini göndərilmişdi.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Fərid Həşimov uzun müddət Qax rayonunun Qum kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Bir neçə ay əvvəl işindəki nöqsanlara görə vəzifəsindən kənarlaşdırıldığı bildirilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu