“Azərbaycanda kino sənayesi bərbad vəziyyətdədir”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Azərbaycanda “Kino haqqında” qanunun üzərində təcili işləmək lazımdır”.
Metbuat.az xəbər verir ki, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa bildirib.
F. Mustafa deyib ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda kino sənayesi bərbad vəziyyətdədir:
“Dünyada bizim kimi ölkələr daha çox bu sahələrdən büdcələrinə gəlir gətirə bilir. Amma Azərbaycan bu sahədə tamailə geri qalıb. Qonşu ölkələrdə müqayisədə Azərbaycan kino sənayesi çox bərbad vəziyyətdədir. Bu məsələ də həllini tapmalı, həmin qanun qəbul olunmalıdır. Parlament televiziyası yaratmağa imkan yoxdursa, İctimai Televiziya ilə fikirlərimizi çatdırmaq imkanı olmalıdır”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.