fbpx

Azərbaycanda kişi hamilə arvadını öldürmək istədi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlaxda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Səbuhi Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Metbuat.az Pravda-ya istinadla xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 12 müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 14 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Yevlax rayonu ərazisində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Səbuhi Həsənov yaşadıqları evdə hamilə arvadı Aysun Məmmədlini, onun anasını, xalasını və qardaşını bıçaqlayıb.

Rüya tabirlerini burdan oku

Xəstəxanaya çatdırılan yaralıların həyatını xilas etmək mümkün olub. Səbuhi Həsənov məhkəmədə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, Aysunu qısqanclıq zəminində bıçaqlayıb. Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı ona xəyanət edib, üçüncü uşaq başqa kişidəndir.

Hadisədən bir neçə gün sonra zərərçəkmiş Aysun Məmmədli üçüncü uşağı dünyaya gətirib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #kişi #hamilə #arvadını #öldürmək #istədi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu