fbpx

Azərbaycanda kommunal xidmətlərin qiyməti artacaq?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Fevralın 3-dən etibarən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər qüvvəyə minib. Belə ki, metro və şəhərdaxili avtobuslarda sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpik olub. Əhali isə bundan sonra digər xidmətlərin də bahalaşacağından narahatdır. Bəzi ekspertlər də bildirir ki, metro və avtobuslarda gediş haqqı artandan sonra kommunal xidmətlər, hətta enerji daşıyıcılarının da qiymətində artım olma ehtimalı var. Eyni zamanda, əmək haqlarında və pensiyalarda artımların olmasına rəğmən, özəl sektorda çalışanlar artımın onlara aid olmadığını bildirirlər. Elə əsas narazılıq da buradan yaranır.

Xatırlatmaq yerinə düşər ki, hələ ötən ilin sonunda bir sıra beynəlxalq təşkilatlar bu il üçün heç də ürəkaçan proqnozlar vermirdilər. Xüsusilə də qeyd edilirdi ki, Rusiya-Ukrayna müharibəsi fonunda MDB ölkələrində iqtisadi artım daha zəif olacaq.

Bəs, görəsən, bütün bu deyilənlərin hər hansı əsası varmı? Əhalinin sosial rifahının iflic vəziyyətə düşməməsi üçün nələr edilməlidir?

Rüya tabirlerini burdan oku

Metbuat.az xəbər verir ki, iqtisadçı alim Vüsalə Əhmədova mövzu ilə bağlı Musavat.com-a deyib ki, ilk baxışda minimum əmək haqqında və ya pensiyalarda edilən artım vətəndaşların iqtisadi vəziyyətini yaxşılaşdıracaq kimi görünür:

“Ancaq həqiqətdə inflyasiyaya səbəb olur. İlk öncə, bu artımlar cüzi əhali təbəqəsini əhatə edir. Digər tərəfdən, minimum əmək haqqı əsasən sahibkarlar tərəfindən əmək müqavilələrinin rəsmiləşdirilməsində istifadə edilir. Ölkədə əksər əmək müqavilələri minimum əmək haqqı məbləği ilə bağlanır. 2023-cü il yanvar ayına qədər 300 manat ilə bağlanmış əmək müqavilələri yanvar ayının 1-dən etibarən 345 manat ilə bağlanacaq. Dolayısıyla, əmək haqlarında heç bir artım olmayan özəl sektor işçilərinin çiyinlərinə yeni xərclər qoyulmuş olur. Yəni işçilərin sosial sığorta haqlarını ödəmək üçün daha çox pul sərf etməli olan işəgötürənin xərcləri artır. Ölkədə inflyasiya yaradan bir neçə faktor var ki, bunlardan ən əsası da qiymətlərin yüksələcəyi ilə bağlı gözləntilərdir. Beləcə, büdcədən maliyyələşən bir sıra qurumlarda çalışanların əmək haqlarının və ya pensiyaların cüzi artırılması qiymətlərin yüksələcəyi ilə bağlı gözləntilər yaradır, bu da dolayısıyla inflyasiyaya səbəb olur. Bazarlarda ərzaq qiymətləri durmadan artır, bu yöndə hər gün vətəndaşlardan şikayətlər daxil olur. Başa düşmək olar, pandemiya zamanı bütün dünyada istehsal prosesində fasilələr yarandı, tədarük zəncirində qırılmalar baş verdi, əlavə olaraq da yüksək tələb bütün növ məhsul qiymətlərində yüksəlmələrə səbəb oldu. Ancaq bu proses Azərbaycanda sanki davamlı hal alıb. Həm iqtidar, həm də müxalifət hədsiz qiymət artımının mövcudluğunda həmfikirdir, lakin effektiv mübarizə aparan yoxdur”.

Ekspert əlavə edib ki, hazırda mövcud olan qiymət artımı böyük ölçüdə süni artımdır: “Bir növ qiymət fürsətçilliyidir. Bəli, hər kəs çox gözəl bilir ki, sərbəst bazar iqtisadiyyatında malın qiymətini tələb və təklif müəyyən edir. Lakin sərbəst bazar iqtisadiyyatı özbaşınalıq, anarxiya demək deyil.

İctimai nəqliyyatdan istifadə haqları qaldırıldı. Digər kommunal xərclərin də artırılacağı ilə bağlı dəqiq informasiyam yoxdur. Ancaq həqiqətən də artım gözlənilirsə, hazırkı vəziyyətdə bunun çox yanlış addım olacağını düşünürəm. Məlumdur ki, heç bir enerji resuru olmayan Türkiyədə vətəndaşları nəzərə alan hökumət bu ilin yanvar ayından etibarən təbii qaza 12% endirim etdi. Enerji resursları ilə zəngin ölkəmizdə tariflər yenidən yüksəldilərsə, bu, dövlətimiz adına utancverici qərar olar. 400-600 manat əmək haqqı alan vətəndaş yalnız istilik üçün hər ay 100 manat ödəyir. Ölkədə hasil olunan qazın böyük hissəsi xaricə satılır. Sosial rifahı getdikcə pisləşən əhalini nəzərə alan yoxdur. Çünki qiymətlər və tariflər qalxır, lakin dövlət gəlirləri inflyasiya həddinə müvafiq artırmır. Bu isə ən çox aşağı və orta gəlirli vətəndaşların vəziyyətinə mənfi təsir edir. Sahibkarlara gəlincə, onlar inflyasiya şəraitində yeni iş yerləri açmaq əvəzinə əllərindəki nağd pulu daşınmaz əmlaka, qızıla və valyutaya investisiya etməyə üstünlük verirlər. Çünki burada daha rahat qazanc var, vergilərdən yayınmaq isə daha asandır. Beləcə, iri kapitalın istehsal sferasından ticarətə axını baş verir ki, bu da inflyasiyanın ən mənfi nəticəsidir. Belə olan halda kasıb əhali daha da yoxsullaşarkən, varlılar əmək sərf etmədən daha da zənginləşir. Cəmiyyətdə gəlir bölgüsü pozulur və ədalətsizlik hökm sürür”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #kommunal #xidmətlərin #qiyməti #artacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu