fbpx

Azərbaycanda küləyin sürəti 32 m/s-yə çatıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ölkədə müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a bildirilib ki, aprelin 4-ü saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, qərb küləyinin sürəti Naftalanda 32 m/s, Gəncədə 24 m/s, Ağdam, Tərtərdə 22 m/s, Bərdədə 20 m/s, Qobustan, Şəmkirdə 18 m/s, Kəlvəzdə 17 m/s, Xaçmazda 15 m/s, Bakıda və Abşeron yarımadasında arabir 38 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrə çatıb: “Havanın temperaturu aprelin 3-də iqlim normasından 13.7 dərəcə yuxarı olub, maksimal temperatur Naxçıvan MR-da 24-30 dərəcə isti, dağlıq rayonlarda 25 dərəcəyədək isti, aran rayonlarında 31-36 dərəcə isti olub. Bakıda və Abşeron yarımadasında 24-27, Bakıda isə 30.1 dərəcə isti qeydə alınıb, lakin bu rekord göstərici deyil, çünki 2012-ci ildə Bakıda havanın maksimal temperaturu 31.5 dərəcəyədək yüksəlib”.

Rüya tabirlerini burdan oku

G.Məmmədovanın sözlərinə görə, aprelin 4-də ölkə ərazisində güclü şimal-qərb küləyi davam edəcək: “Küləyin maksiml sürətinin bəzi yerlərdə arabir 33-38 m/s-dək çatacağı, 5-i səhər saatlarından zəifləyəcəyi, gündüz mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu