Azərbaycanda məşhur jurnalist reanimasiyaya yerləşdirildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Tanınmış jurnalist Səbuhi Məmmədlinin vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, Respublika Mərkəzi xəstəxanasında böyrək və şəkərli diabet problemi ilə bağlı müalicə olunan S.Məmmədli digər ayağının damarlarında yaranmış problemlə bağlı Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. Burda əməliyyatı uğurla başa çatmış jurnalistin vəziyyəti bu gün səhər saatlarından ağırlaşıb.
Dərhal reanimasiyaya yerləşdirilən və süni tənəffüs aparatına qoşulan jurnalistin durumu ağır qiymətləndirilir.
Qeyd edək ki, Səbuhi Məmmədli lent.az saytının əməkdaşıdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #məşhur #jurnalist #reanimasiyaya #yerləşdirildi