Azərbaycanda meşə yanğınları daha çox dağ meşələrində qeydə alınır
BEY.AZ informasiya agentliyi xəbər verir
“Azərbaycanın coğrafi ərazisinin meşə fonduna ayrılan hissəsinin 95 faizi dağlıq ərazilərdə yerləşir. Bunun da 49 faizi Böyük Qafqaz, 34 faizi Kiçik Qafqaz dağları, təxminən 14-15 faizi Talış dağları və yerdə qalan 5 faizi isə Aran rayonlarının payına düşür. Həmin statistikaya uyğun olaraq da yanğınlar daha çox dağ meşələrində baş verir”.
Metbuat.az xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mohuma Heraçiyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsi üzərindən canlı yayımlanan “Ekspert saatı”nda deyib.
M.Heraçiyevin sözlərinə görə, bundan əlavə, yaşayış məntəqələrinə bitişik olan meşə fondu əraziləri, kənd təsərrüfatı təyinatlı əkin və qış yaylaqlarında, qış otlağı sahələrində də yanğınlar qeydə alınır. Bu da təbii ki, antropogen amillərin təbiətə daha çox təsir edə bildiyi sahələrdir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.