Azərbaycanda meşədə azan əcnəbi turistlər tapıldı
BEY.AZ informasiya agentliyi xəbər verir
Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə Peru Respublikasının vətəndaşı Pella Patricia və İtaliya vətəndaşı Laura Sesennanın dünən səhər saatlarında Qax rayonunda qaldıqları oteldən gəzmək adı ilə çıxdıqları və daha sonra onların meşədə itkin düşmələri barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslərin yerinin müəyyən edilməsi istiqamətində dərhal axtarışlara başlanılıb.
Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hər iki əcnəbi turist Qaxbaş kəndi ərazisindəki meşə massivində sağ-salamat şəkildə tapılaraq qaldıqları otelə yerləşdiriliblər.
Onlar operativ reaksiyaya görə, Azərbaycan polisinə minnətdarlıqlarını bildiriblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.