fbpx

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi qaydası təsdiqləndi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi qaydası təsdiqlənib.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “İstehsalat və məişət tullantıları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanuna əsasən nəqliyyat vasitələri utilizasiyaya aşağıdakılar tərəfindən verilir:

Rüya tabirlerini burdan oku

– nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs;

“Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin II və III hissələrinə uyğun olaraq onların dövlət qeydiyyatını həyata keçirən aidiyyəti orqanlar tərəfindən:

– Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən;

– istismara yararsız vəziyyətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılan, əgər nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yazılı şəkildə imtina edibsə.

Nəqliyyat vasitələri utilizasiyaya verilməzdən əvvəl “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin IX-I və IX-II hissələri ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #nəqliyyat #vasitələrinin #utilizasiyaya #verilməsi #qaydası #təsdiqləndi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu