fbpx

Azərbaycanda onkoloji xəstəliklərin müalicəsi üçün dərman istehsal olunacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndə heyəti “R-Pharm” əczaçılıq zavodunu ziyarət ediblər.

Metbuat.az xəbər verir ki, nümayəndə heyətinin tərkibində TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov, Anar İsrafilov, Resursların idarə olunması departamentinin Dərman və tibb vasitələri şöbəsinin müdiri Elmin Quliyev təmsil olunublar.

Zavoda təşkil edilən səfər mütəxəssislərə texnoloji proseslə yaxından tanış olmaq, eləcə də bütün mərhələlərdə istehsalat mexanizmi və prinsiplərini daha yaxşı anlamaq imkanı yaradıb.

Zavoddakı əməliyyatların böyük əksəriyyəti avtomatlaşdırılmış istehsal sistemləri ilə həyata keçirilir. İstehsalat prosesi zamanı məhsulların keyfiyyətinə hər mərhələdə nəzarət edilir ki, bu da insan amilini minimuma endirməyə və buraxılan dərman vasitələrinin keyfiyyətinə zəmanəti təmin etməyə imkan verir.

Rüya tabirlerini burdan oku

TƏBİB-in nümayəndə heyəti həm tablet, həm də infuziya formalarının hazırlanması üçün nəzərdə tutulan müxtəlif istehsal xətlərinin nümayişini də izləyiblər.

Qonaqlar istehsalat zonaları ilə yanaşı, əczaçılıq zavodunun laboratoriyaları və hazır məhsul anbarı ilə tanış olublar.

Səfər çərçivəsində qonaqlar bütün dünyada 2-ci tip şəkərli diabet xəstələrinin müalicəsində geniş istifadə olunan orijinal fransız preparatı Diabeton® MR-nin qablaşdırma prosesini müşahidə ediblər.

TƏBİB rəhbərləri əczaçılıq zavodunun işini qiymətləndirib və respublika vətəndaşlarının keyfiyyətli dərman preparatları ilə təmin olunması sahəsində əməkdaşlığın inkişaf etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

“R-Pharm” zavodunun məhsul istehsal etmə gücü ildə 250 milyon ədəddən çoxdur. Burada bir sıra sosial əhəmiyyətli xəstəliklərin: onkoloji, kardioloji, endokrinoloji, hematoloji, antibakterial, virus və digər xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin istehsalı planlaşdırılır. O cümlədən Hepatit C, şəkərli diabet, vərəmdən, eləcə də onun aqressiv davamlı formalarından əziyyət çəkən xəstələr də qabaqcıl terapiyadan yararlana biləcəklər.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #onkoloji #xəstəliklərin #müalicəsi #üçün #dərman #istehsal #olunacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu