Azərbaycanda orta aylıq əmək haqqı artıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən il yanvarın 1-nə nisbətən 6,4 min nəfər və yaxud 0,4 % artaraq 1705,1 min nəfər olub.
Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, onlardan 904,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 800,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,6 %-i təhsil, 18,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 %-i sənaye, 8,1 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 %-i tikinti, 6,6 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 %-i peşə, elmi və texniki fəaliyyət, 1,9 %-i maliyyə və sığorta fəaliyyəti, 13,7 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2021-ci ildə ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2020-ci illə müqayisədə 3,4 % artaraq 732 təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.