Azərbaycanda pensiya yaşının azaldılması təklif edilir
BEY.AZ informasiya agentliyi xəbər verir
“Azərbaycanda pensiya təminatı 2017-ci ildən sərtləşib”.
Metbuat.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında çıxış edib.
O qeyd edib ki, Azərbaycanda demoqrafik vəziyyət dəyişib: “5 və 5-dən çox uşağı olan ailələrin sayı azalıb. Biz artıq çoxuşaqlı ailələr məhfumuna yenidən baxmalıyıq”.
Deputat vurğulayıb ki, son 30 ildə Azərbaycanda pensiya yaşının dəyişdirilməsi elə ciddi dəyişikliklərə məruz qalmayıb:
“30 il ərzində ömür uzunluğu 2 yaş artıb. Azərbaycanda penisya yaşı kişilər üçün 63, qadınlar üçün 60 yaş olmalıdır”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.