fbpx

Azərbaycanda professor vəfat etdi – FOTO

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Genetika kafedrasının professoru Rauf Quliyev vəfat edib.

Metbuat.az xəbər verir ki, o, 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rauf Quliyev 1938-ci il yanvarın 5-də Gəncə şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 1967-ci ildə “Lənkaran paxlasının biomorfoloji və təsərrüfat əlamətinin dəyişkənliyi” mövzusunda namizədlik, 1988-ci ildə Ukraynanın Xarkov şəhərində Bitkiçilik, Genetika və Seleksiya Elmi-Tədqiqat İnstitutunda “Pambıq hibridlərində və təkrarən təsir edilmiş mutantlarda mutasiya dəyişkənliyi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Rauf Quliyev 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Genetika və Seleksiya Elmi-Tədqiqat İnstitutunda kiçik elmi işçi, 1967-ci ildən müsabiqə əsasında BDU-nun Genetika və darvinizm kafedrasında assistent, baş müəllim, dosent, professor, 1988-2018-ci illərdə kafedra müdiri vəzifələrində çalışıb.

Rauf Quliyev elmi-pedaqoji fəaliyyəti dövründə 97 məqalə, 1 monoqrafiya, 3 kitab, metodik göstəriş və proqramın müəllifi olub.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycanda #professor #vəfat #etdi #FOTO

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin