Azərbaycanda qeydiyyatdan keçən dini icmaların sayı açıqlanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
2021-ci ildə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri olan dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, 16 dini icma dövlət qeydiyyatından keçirilib, bununla da icmaların sayı 971-ə çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn kollegiya iclasında deyib.
Hazırda 9 dini icmanın sənədləri yoxlanılır. Eyni zamanda, 1 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib.
Bundan başqa, 2021-ci ildə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında idxalı nəzərdə tutulan 5 847 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilən 260 adda dini ədəbiyyat ekspertizadan keçirilib.
Həmçinin, hüquq mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 104 adda dini təyinatlı ədəbiyyatdan zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edilənlər müəyyən olunub. Hesabat dövründə 415 adda (752 560 ədəd) dini təyinatlı ədəbiyyata nəzarət markaları verilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.