Azərbaycanda qeyri-sabit hava şəraitinin davam edəcəyi tarix AÇIQLANDI
BEY.AZ informasiya agentliyi xəbər verir
Ölkə ərazisində qeyri-sabit hava şəraiti martın 26-dək davam edəcək.
Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Qərb küləyinin sürətinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.