fbpx

Azərbaycanda regionlar üzrə vergi daxilolmaları 20 %-dək artıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin yanvar-mart aylarında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 2 802,2 mln. manat vergi daxil olub, proqnoza 123,8% əməl edilib.

Dövlət Vergi Xidmətindən Metbuat.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 34,4% və ya 716,5 mln. manat artıb. Qeyri-neft-qaz sektorundan daxilolmalar 2 249,4 mln. manat olub, proqnoza 128,6% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 499,8 mln. manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 48,9% və ya 738,6 mln. manat artıb.

Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 47,9% artaraq 1 699,5 mln. manat təşkil edib. Regionlar üzrə daxilolmalar 262,2 mln. manat olmaqla, proqnoz 114,4% icra edilib, ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 19,2% artıb.

Rüya tabirlerini burdan oku

Ödənilən vergilərin 80,3%-i qeyri-neft-qaz sektorunun, 19,7%-i neft-qaz sektorunun payına düşüb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu