fbpx

Azərbaycanda şagird bədbəxt hadisənin QURBANI OLDU

BEY MEDIA İnformasiya agenti xəbər verir


Göyçayda 11-ci sinif şagirdi bədbəxt hadisənin qurbanı olub.

Metbuat.az publika.az-a istinadla xəbər verir ki, hadisə rayonun Şıxəmir kəndində baş verib. İlkin məlumatlara görə, kənd sakini, 16 yaşlı İsmayılova Aysun Habil qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə baş verən günü qızın ailə üzvləri evdə olmayıblar. Ailə üzvləri qayıdarkən Aysun İsmayılovanın səhhətində narahatçılıq olduğunu görərək Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin tibbi yardımdan sonra A.İsmayılova müalicə üçün Respublika Toksikoloji Mərkəzinə çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, Aysun İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb. Valideynləri Aysun İsmayılovanın ölüm səbəbini qaz sızması ilə əlaqələndiriblər.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Ölümün hansı səbəbdən baş verməsi aparılan araşdırmaların sonunda bəlli olacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin