fbpx

Azərbaycanda şairə vəfat etdi – FOTO

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölməsinin üzvü, şairə Solmaz Şirvanlı (Solmaz Ağaxan qızı Ədilova) dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat paylaşıb.

Qeyd edək ki, Solmaz Ağaxan qızı Ədilova 1955-ci il fevralın 1-də Şamaxı rayonunun Ovculu kəndində dünyaya göz açıb. 1972-ci ildə orta məktəbi bitirib. 1994-1995-ci illərdə Musa Yaqubun redaktor olduğu “Cavanşir yurdu” rayon qəzetində çalışıb.

Rüya tabirlerini burdan oku

Ədəbi yaradıcılığa 1977-ci ildən başlayıb, ilk şeiri “Yeni Şirvan” qəzetində çap olunub. “Tanrım mənə qəm qıyıb” (2002) və “Duyğu çiçəkləri” (2018) adlı şeirlər kitablarının müəllifidir.

Onun şeirləri “ZİRVƏ” Poeziya antologiyasında (2015-2020), “Sazlı-sözlü Borçalı” (2018-2020) və “Canım Azərbaycanım” (2019-2020) ədəbi məcmuələrində oxucular tərəfindən böyük maraqla qarşılanıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #şairə #vəfat #etdi #FOTO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu