fbpx

Azərbaycanda siyasi mədəniyyətin inkişafı üçün plüralizmə önəm verilir

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


Azərbaycan söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır.

Plüralist cəmiyyətin yetişməsi üçün fikir, söz, məlumat azadlığı kimi faktorların nə qədər vacib məsələ olduğu şübhə belə doğura bilməz. Çünki daim tərəqqiyə can atan insan fikir, söz, məlumat azadlığı olmadan buna nail ola bilməz.

Bu barədə Metbuat.az-a özəl müsahibə verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev dedi ki, siyasi plüralizm elə bir məsələdir ki, müxtəlif siyasi qüvvələr müxtəlif təşkilatları yaradaraq hakimiyyət strukturlarında özlərini təmsil etməyə çalışırlar. Müsahibimizin sözlərinə görə, Azərbaycanda siyasi həyatın, siyasi mədəniyyətin inkişaf etməsi üçün siyasi plüralizmə önəm verilir.

Rüya tabirlerini burdan oku

“Siyasi plüralizm anlayışı leqal şəkildə, qarşılıqlı maraqların toqquşmasından istifadə edərək müxtəlif fikirli şəxslərin ortaq məxrəcə gəlməsidir. Buna misal olaraq çoxpartiyalı sistemi göstərmək olar. Bildiyiniz kimi, qanunverici orqan parlamentdə spiker və onun müavinləri, eyni zamanda müxtəlif siyasi partiyaların təmsilçiliyi var. Onlar da öz fikirlərini ortaya qoymaqla istənilən qanunun qəbul olunmasında müvafiq ortaq bir nəticəyə gəlirlər. Birlikdə qəbul edilmiş bu ortaq nəticə sayəsində Azərbaycan dövlətinin istər təhlükəsizliyi, istər rifahı, istər suverenliyinin qorunması əsas amal kimi nəzərdə saxlanılmalıdır”.

Ümumiyyətlə, hər bir fərdin ortaq qərar verməsi üçün siyasi mədəniyyətin formalaşması mütləqdir. Millət vəkili qeyd etdi ki, siyasi mədəniyyət, insanın öz tərbiyəsi və mədəniyyətinin tərkib hissəsidir. Arzu Nağıyev bildirdi ki, məhz bu struktur elementi siyasi mədəniyyəti digər mədəniyyətlərdən fərqləndirir.

“Siyasi mədəniyyətə müxtəlif aspektlərdən baxanda burada siyasi psixologiya və dərketmə elementlərinin öz rolunu oynadığını görəcəyik. Yəni hər bir fərd emosiyalarından, düşüncə tərzindən asılı olaraq, siyasətə münasibətini dəyişə bilər. Ümumiyyətlə, siyasi mədəniyyət bir neçə istiqamətdə ola bilər. Hər bir insan cəmiyyətdə öz fikirlərini, təhlillərini irəli sürə bilmək üçün siyasi mədəniyyətə malik olmalıdır. Bunun əxlaqi yönlərindən biri də odur ki, şəxs öz fikir və ideyalarını cəmiyyətə təqdim edəndə millətin və ya xalqın ümumi adət-ənənəsini, dinə baxışlarını, tarixi yaddaşını nəzərə alıb o formada fikir yürütməlidir. Biz buna bariz nümunə olaraq istər mediada, istərsə də sosial şəbəkələrdə baş verən hadisələrə insanların münasibətini göstərə bilərik”.

Deputat qeyd etdi ki, əgər kimsə etikadan kənar və yaxud özünün də bilmədiyi məsələlərə baş qoşaraq hansısa bir şəxsi alçaltmağa çalışırsa, bu, siyasi mədəniyyət sayılmır. Həmin anda təhqirə müraciət edən şəxs düşdüyü mühitə uyğun olaraq emosiyaları ilə vəziyyəti idarə etməyə çalışır. Arzu Nağıyev xüsusilə vurğuladı ki, ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilsə də, bəzən bu vasitədən öz hissləri və mənafeyi naminə istifadə edənlərin də şahidi oluruq.

“Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Söz azadlığı dünyada bəlkə də ən əvəzolunmaz nemətlərdəndir. Düşünürəm ki, bu şəraitdən istifadə edib cəmiyyət üçün faydalı olan şəxslər də çoxdur. Onlar çalışırlar ki, siyasi mədəniyyət çərçivəsində qarşıdakı kütləyə fikirlərini doğru, qərəzsiz, vicdanlı formada çatdırsınlar. Bu zaman onların siyasi baxışlarından nəticələr çıxaranlar, hətta istinad edənlər də olur. Ən mühüm məsələlərdən biri də budur ki, siyasətdə öz mədəniyyətini göstərməklə bərabər, ümumi konsepsiyalarda nəzərə alınmalıdır. Bu detallara təhlükəsizlik, milli suverenlik, müstəqillik, hər bir insanın rifahı, iqtisadi inkişaf, azadlıq və bərabərlik aiddir. Bütün bu sadalanan proseslərin hamısı mütləq şəkildə nəzərə alınmalıdır ki, müxtəlif ideologiyalar da istifadə olunmasın. Olduqca vacib sayılan nüanslar Azərbaycanda fikir, söz və məlumat azadlığı dövlətimizin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsinə və ən əsası siyasi mədəniyyətin tərkibinə daxildir”.

Gülbəniz Hüseynli / METBUAT.AZ

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;







You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu