fbpx

Azərbaycanda sosial media istifaəçiləri ən çox bu platformanı seçir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Sosial media istifadəçilərinin 43,6%-i “YouTube”, “35,8%-i “İnstagram”, 26,5%-i “Facebook”, 25,0%-i “TikTok” və 6,4%-i isə “Twitter” platformalarından istifadə edir.

Bu barədə Metbuat.az-a Sosial Tədqiqatlar Mərkəzindən (STM) məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanda əhalinin sosial mediadan istifadəsi müxtəlif aspektlərdən daim müzakirə edilir. Sosial medianın Azərbaycan seqmentində istifadəçi artımları ilə müşahidə edilən dinamika mövzunun aktuallığını şərtləndirən əsas amillərdən biridir.

Rüya tabirlerini burdan oku

Bildirilib ki, “Digital 2022: Azerbaijan” məlumatlarına görə, ötən ilin əvvəlinə ölkədə 5.2 milyon sosial media istifadəçisi var və bu ölkə əhalisinin 50,7%-nə uyğun gəlir. 2021-2022-ci illər ərzində sosial media istifadəçiləri 900 min nəfər artıb. Həmçinin “Meta”nın reklam məlumatları Azərbaycanda 1,6 milyon nəfər “Facebook” istifadəçisi olduğunu göstərib. Ölkədə “Facebook”un reklam kütləsinin 31,7%-i qadınlardan, 68,3%-i kişilərdən ibarətdir. “GlobalStats”ın məlumatlarından isə aydın olur ki, “İnstagram” və “YouTube” istifadəçiləri ötən ilin sonundan etibarən üstünlüyü təşkil edir.

STM tərəfindən keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, ölkə üzrə əhalinin 72,2%-i sosial mediadan istifadə edir. (Sorğunun 18 yaşından yuxarı şəxslərlə keçirilməsi nəzərə alındıqda, nəticələr statistikanı təsdiq edir).

Nəticələrin gender aspektdən təhlili göstərir ki, kişilər sosial mediadan qadınlardan daha çox istifadə edirlər. “Facebook” istifadəçilərinin 30,1%-i qadın olduğu halda, 69,9%-i kişidir. Bu tendensiya digər sosial media platformaları üçün də xarakterikdir. Yalnız “İnstagram” istifadəçiləri arasında qadınlar kişilərə nisbətdə üstünlük təşkil edir (37,6%-i qadın, 34,0%-i kişi).

Sosial media istifadəçiləri arasında 18-35 yaş intervalında olanlar üstünlük təşkil edir. Məsələn, “İnstagram” istifadəçilərinin 73,9%-i, “YouTube” istifadəçilərinin 52,2%-i, “TikTok” istifadəçilərinin 43,5%-i bu yaş kateqoriyalarına aiddir.

Sorğu nəticələrinə əsasən, insanların 27,8%-i heç bir sosial media platformasından istifadə etmədiyini bildirib ki, onların da əsas hissəsi (60.8%-i) yaşı 65-dən yuxarı olan şəxslərdir.

Nəticələrin təhlili göstərir ki, ali təhsilli respondentlər orta təhsilə malik olanlarla müqayisədə sosial şəbəkələrdən nisbətən daha çox istifadə edirlər. Belə ki, ali təhsillilərin 82,3%-i, orta təhsillilərin isə 66,7%-i sosial media istifadəçisidir.

Sorğu çərçivəsində respondentlərin orta hesabla günün neçə saatını sosial mediada keçirmələri də öyrənilib. Bu istiqamətdə ünvanlanan suala cavab olaraq, respondentlərin 42,5%-i 1 saata qədər, 38,9%-i 1-3 saat, 9,6%-i 3-5 saat, 8,6%-i gün ərzində 5 saatdan çox vaxt keçirdiklərini bildirib.

Sosial mediada 1 saata qədər vaxt keçirdiyini bildirənlərin əsas hissəsini qadınlar təşkil edir (49,7% qadın, 34,6% kişi). 5 saatdan çox vaxt keçirənlərin isə əsas hissəsi kişilərdir (41,7% qadın, 58,3% kişi). Həmçinin onlar arasında 18-35 yaş kateqoriyasına aid olanlar üstünlük təşkil edir.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #sosial #media #istifaəçiləri #ən #çox #platformanı #seçir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu