fbpx

Azərbaycanda tanınmış baş həkim ad günündə işdən çıxarıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın tanınmış həkimi, 15 saylı şəhər poliklinikasının baş həkimi Mürsəl Həmidov yaşı ilə əlaqədar təqaüdə göndərilib.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, dekabrın 23-də onun əmri verilib, dekabrın 25-də isə 70 yaşı tamam olub.

Qeyd edək ki, Həmidov Mürsəl Lələkişi oğlu 1952-ci il dekabr ayının 25-də Laçın rayonun Lolabağırlı kəndində anadan olub. O, uzun müddət Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına baş həkimi vəzifəsində çalışıb. 2015-ci ildə Respublika Təcili Yardım Stansiyasının direktoru vəzifəsinə təyin olunub.

Bir il sonra isə təyinatı dəyişdirilib və 2016-cı ildən 15 saylı şəhər poliklinikasına rəhbərlik edib.

Onun yerinə Vahid İbrahimov təyin olunub. O, kollektivə təqdim edilib. V. İbrahimov 11 saylı Şəhər Poliklinikasının baş həkimi vəzifəsində çalışıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #tanınmış #baş #həkim #günündə #işdən #çıxarıldı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin