fbpx

Azərbaycanda “tiktoker” həbs edildi – FOTO

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Masallı rayonunda toy karvanında avtoxuliqanlıq edən daha bir nəfər həbs edilib.

Metbuat.az xəbər verir ki, avtoxuliqanlıq edən, tiktoker Şahin Cavadovun saxlanılıb və həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, Masallı Rayon Polis Şöbəsində aparılan müvafiq araşdırma nəticəsində sözügedən toy karvanında daha bir sürücünün Masallı rayon sakini Şahin Cavadovun da avtoxuliqanlıq etdiyi müəyyən edilib:

Rüya tabirlerini burdan oku

“Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Masallı rayon məhkəməsinin qərarı ilə həmin şəxs sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib”.

Qeyd edək ki, bir neçə gün əvvəl toy karvanında avtoxuliqanlıq edən və müxtəlif qayda pozuntularına yol verən sürücülərlə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı. Masallı Rayon Polis Şöbəsində müvafiq araşdırmanın başlanması və ümumilikdə altı nəfər barəsində inzibati qaydada tədbir görülüb.

Belə ki, həmin sürücülərdən dördü barəsində inzibati qaydada protokol tərtib edilmiş, ikisi barəsində isə toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, Şahin Cavadov “TikTok” fenomeni kimi tanınır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #tiktoker #həbs #edildi #FOTO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu