fbpx

Azərbaycanda toyuq əti bahalaşdı – VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir


Tələbatın yüksək olduğu quş əti məhsullarında bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəbini sözügedən məhsulları gətirən firmaların təyin etdiyi qiymətlərlə əlaqəndirirlər.

Metbuat.az xezerxeber.az-a istinadən xəbər verir ki, Azərbaycan quş əti, yumurta istehsalçıları və ixracatçıları assosiasiyasının rəhbəri Mürvət Həsənli isə bahalaşmaya yem və pərakəndə satış obyektləri ilə firmalar arasında yaranan problemlərin səbəb olduğunu vurğulayıb.

Əvvəl 3 manat 50 qəpik, indi isə 5, 5 manat 50 qəpik…

Gündəlik tələbat malları arasında xüsusi yer tutan toyuq ətinin qiyməti artıb. Satıcılar deyirlər ki, hazırda bu məhsul ötən aylara nisbətən 1-2 manat arasında bahalaşıb

Bəzi satıcılar isə firmaların əvvəlki kimi toyuq gətirmədiyini deyirlər. Ya sayı çox az gəlir, ya da ümumiyyətlə günlərlə gəlmir.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası da bahalaşmanın olduğunu təsdiqləyir. Qurumun rəhbəri Mürvət Həsənli “Xəzər Xəbər”ə bildirdi ki, toyuq məhsullarının bahalaşması yalnız yemlə əlaqəli deyil.

Mürvət Həsənli onu da bildirdi ki, yemin bahalaşması daha çox Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədardır. Buna görə hər iki ölkə ixraca müəyyən məhdudiyyətlər qoyub. Hətta Argentina da soya satışına limit tətbiq edib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin