Azərbaycanda turizm sahəsində yeni dövlət standartı qəbul edilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Azəraycanda turizm fəaliyyətini tənzimləyən milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə AZS 906-2022 “Turizm xidmətləri. Yerləşmə vasitələrinin təsnifatı. Minimum tələblər” yeni dövlət standartı qəbul edilib.
Metbuat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, standartı Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib. Yeni sənədin qəbul olunması ilə əlaqədar AZS 369-2009 “Turist-ekskursiya xidmətləri. Yerləşdirmə vasitələri. Ümumi tələblər” və AZS 755-2014 “Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər” dövlət standartları qüvvədən düşüb.
Yeni standartın tətbiqi turizm reyestrində uçotun aparılması, yerləşmə vasitələrinin növünün və kateqoriyasının təyin olunması və göstərilən xidmətlərə görə minimum tələblərin müəyyənləşdirilməsinə şərait yaradacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.