Azərbaycanda vahid e-xidmətlər portalı yaradılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə növbəti görüş keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təşkil olunan toplantıda nazir Fərid Qayıbov federasiya nümayəndələri və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıdakı planlar barədə danışıb. O, daha sonra görüşün məqsədi barədə iclas iştirakçılarını məlumatlandırıb.
İclasın gündəliyinə əsasən, 2023-cü il üçün büdcənin planlaşdırılması, tibbi məsələlər, idmançıların reytinq cədvəli, Paris-2024 Yay Olimpiya Oyunlarına ilkin hazırlıq, Konya-2022 V İslam Həmrəyliyi Oyunlarına, Dünya Oyunlarına, Avropa Yeniyetmələrinin Olimpiya Festivalına hazırlıq, Azərbaycanda keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər, beynəlxalq idman qurumlarında təmsil olunma məsələləri, ölkə miqyaslı yarışların keçirilmə qaydaları ilə bağlı texniki reqlamentin hazırlanması, məşqçi və hakimlər üçün seminarların təşkili, idmançıların ADBTİA-da təcrübəyə cəlb edilməsi, yeni layihələr və digər məsələlər müzakirə edilib, federasiya nümayəndələrinin təklifləri dinlənilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.