Azərbaycanda VAR-ın tətbiq olunacağı vaxt açıqlanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan futbolunda VAR-ın tətbiqi martın sonları – aprelin əvvəllərində tətbiq oluna bilər.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik açıqlama verib.
O bildirib ki, hazırda çiplərin gətirilməsi üzərində işlər gedir: “Çiplər bizdən asılı olmayaraq, ləngiyir. Öncədən 2020-ci il dekabrın ortalarında gözləyirdik. İndi isə 20 fevrala gələcəyini planlaşdırırıq. Hər şey plan üzrə getsə, bu sistemi fevralın sonları – martın əvvəllərində yarada biləcəyik. Mərkəz kimi Bakı Olimpiya Stadionunu nəzərdə tutmuşuq. Avadanlıqlar maşınlarda qurulacaq. VAR Premyer Liqanın 8 klubunun ev oyunlarını keçirdiyi arenalarda, eləcə də Tofiq Bəhramov adına Respublika stadionu və “Dalğa Arena”da tətbiq olunacaq. Yəni, FIFA-nın sertifikasiya etdiyi stadionlardan istifadə oluna bilər”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.