fbpx

Azərbaycanda xanım deputat bu vəzifəsindən İSTEFA VERDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Milli Məclisin deputatı Jalə Əhmədova “Vinq Çun” döyüş sənəti federasiyasındakı vəzifəsindən istefa verib.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, J.Əhmədova artıq vəsiqəsini təhvil verib.

Bildirək ki, deputat 2018-ci ildən həmin federasiyanın birinci vitse-prezidenti vəzifəsini tuturdu. Millət vəkilinin istefasına səbəb onun Azərbaycan Autizm Assosiasiyasına vitse-prezident seçilməyi ilə əlaqədardır.

Millət vəkili məlumatı təsdiq edib. Jalə Əhmədova deyib ki, “Vinq Çun” federasiyasının inkişafı üçün əlindən gələn dəstəyi göstərib.

“Ancaq mən düşündüm ki, bundan sonrakı fəaliyyətimi autizmdən əziyyət çəkən uşaqlara yönəldim”, – deyə o əlavə edib.

Qeyd edək ki, Jalə Əhmədova həm də “Vinq Çun” federasiyasının təsisçisidir.


Jalə Əhmədova




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin