Azərbaycanda xırdabuynuzlu heyvanlarla bağlı monitorinqlərə başlanılır
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanda xırdabuynuzlu heyvanlarla bağlı monitorinqlərə başlanılır.
Bu barədə Metbuat.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, ölkə ərazisinin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad statusun alınması üçün xüsusi epizootiya əleyhinə tədbirlərin yerinə yetirilməsi məqsədilə vəhşi heyvanların rast gəlindiyi yaşayış areallarında cari ilin 20 iyun – 8 iyul tarixlərində monitorinqlər keçiriləcək.
Monitorinqlərdə AQTA-nın, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ərazi üzrə əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.