Azərbaycanda yayım operatorlarının üzərinə yeni lisenziya almaq öhdəliyi qoyulub
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanda yayım operatorlarının üzərinə yeni lisenziya almaq öhdəliyi qoyulub.
Azərbaycan Respublikası Audiovizual Şurasınndan Metbuat.az-a bildirilbi ki, qurumun inzibati binasında Azərbaycanda fəaliyyət göstərən yayım operatorlarının (kabel və İPTV) bir qisminin rəhbər və səlahiyyətli şəxsləri ilə görüş keçirilib.
Görüşdə “Media haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və ondan irəli gələn məsələlər, yayım operatorlarının yeni hüquqi rejimdə fəaliyyətinin xüsusiyyətləri, mövcud lisenziyaların yeni lisenziyalarla əvəz olunması, xarici kanalların retranslyasiyası zamanı müəllif hüquqlarının qorunması və pirat kontentlə mübarizə kimi məsələlər, ümumən, audiovizual mediada olan yeniliklər, audiovizual yayımın tənzimlənməsində tənzimləmə, özünütənzimləmə və birgə tənzimləmə metodlarından istifadə ətrafında geniş müzakirələr aparılıb.
Qeyd olunan yeniliklərlə bağlı operatorlarla daimi kommunikasiyanın saxlanılması, canlı və ya onlayn platformada mütəmadi görüşlərin keçirilməsi planlaşdırılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.