fbpx

Azərbaycandan Monteneqroya birbaşa aviareys açılacaq

BEY.AZ informasiya agentliyi xəbər verir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 30-dan sentyabrın 1-nə qədər Monteneqronun korort şəhəri Tivata çarter reysləri həyata keçirəcək.

Bu barədə Metbuat.az-a AZAL-dan məlumat verilib.

Məlumata görə, uçuşlar hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək.

Tivat Vrmas yarımadasında, Boka-Kotor körfəzinin sahilində yerləşir. Tivat Beynəlxalq Hava Limanı – Monteneqro sahilində yeganə hava limanıdır və onun ən məşhur kurortları yaxınlıqda yerləşir. Bu istiqamətin əsas üstünlüklərindən biri Azərbaycan vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsidir.

Bakı-Tivat-Bakı marşrutu üzrə aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür. Aviabiletin dəyərinə baqajın pulsuz daşınma norması (23 kq-a qədər ekonom sinfində və 32 kq-də biznes sinfində), həmçinin tam çeşiddə soyuq və isti qidalar daxildir.

Həmin reyslərdə daşıma üçün müəyyən edilmiş daşıma şərtlərinə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Monteneqroya getməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkəyə daxil olarkən qüvvədə olan qaydalarla aşağıdakı link vasitəsilə tanış olmaq tövsiyə olunur: https://www.azal.az/az/information/covid-montenegro.

Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı linkdən ətraflı tanış olmaq olar: https://www.azal.az/ru/information/covid-azerbaijan.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin