Azərbaycandan Ukraynaya DAHA BİR DƏSTƏK: SOCAR-a göstəriş verilib ki…
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələri fasiləsiz olaraq təcili tibbi yardım maşınlarını pulsuz yanacaqla təmin edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
Bildirilib ki, məsələ ilə bağlı Azərbaycan dövləti tərəfindən xüsusi göstəriş verilib.
Qeyd edək ki, hazırda Ukrayna ərazisində 59 belə yanacaqdoldurma məntəqəsi var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.