Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular məlum oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Gənc boksçulardan ibarət Azərbaycan milli komandasının noyabrın 15-də İspaniyanın Alikante şəhərində start götürəcək dünya çempionatı üçün heyəti bəlli olub.
Metbuat.az Federasiyaya istinadən xəbər verir ki, 12 gün davam edəcək yarışda ölkənin ümumilikdə 13 idmançısı qüvvəsini sınayacaq.
Oğlanlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev, məşqçilər Vüqar Məmmədovla Elvin Məmişzadə mundialda Tural Sarıyev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Mətin Məmmədov (57 kq), Tacı Tağızadə (60 kq), Sənan Hətəmov (67 kq), Daniel Xolostenko (71 kq), Rza Rzazadə (75 kq), Fətəli İsmayılov (80 kq), Rəşid Məmmədov (86 kq) və Səbuhi Əlizadəyə (+92 kq) şans verəcək.
Qızlardan ibarət kollektivin məşqçisi İlkin Ağayev isə yarışda Mehparə Məmmədova (48 kq) və Aysu Dərvişovanı (57 kq) sınayacaq.
Bu gün səfərə yollanan komandaya Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edir. Boksçular noyabrın 28-də Vətənə dönəcək.
Dünya çempionatında Beynəlxalq Boks Assosiasiyasının (IBA) dəvəti ilə azərbaycanlı hakim Anar Babanlı da ədalət təmsilçiləri sırasında yer alacaq.
Qeyd edək ki, mundialda 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun iştirakı gözlənilir. Yarışın püşkü noyabrın 14-də atılacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.